Az hərəkətli həyat tərzi insanın tez yorulmasına, əhval-ruhiyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Bunun əksinə, fiziki iş görmək, idman hərəkətləri etmək sağlam olmağın əsas səbəbləridir.

Elə bu dəfə də gənclərin aktivliyini təmin edən və sevilən idman növlərindən olan futbol haqqında bilmədiklərimizi öyrənmək qərarına gəldik. Gənc məşqçimiz Bəhram Bəhramzadə bu idman növünə həvəsinin yaranmasından və məşqçi olmağa necə qərar verdiyindən danışdı.

Bəhramzadə 20 il öncə futbola meyl salıb: “2005-ci ildə atamın sayəsində futbola həvəsim yarandı. 2015-ci ildə biz Azərbaycan çempionu olduq. Sonra mən Bakıya, başqa qrupa transfer oldum. Daha sonra hər iki dizimdən əməliyyat olduğum üçün futboldan uzaqlaşmaq məcburiyyətində qaldım. Hazırda iki ildən çoxdur ki, müəllim olaraq fəaliyyət göstərirəm”.

dfee6da6 275f 49f2 8ee7 e5108b1cb6a5 - Futbolinfo.az

Hər işin asan və çətin tərəfləri olur. Bəzən yoruluruq, deyirik ki, “yox alınmır, bacarmıram”. Görək, müsahibimiz bu haqda nə düşünür: “Əlbəttə ki, hər bir işin çətinliyi olur. Əgər uğur qazanmaq istəyiriksə, çətinliklərin öhdəsindən gəlməyi bacarmalıyıq. Müəllim tək bildiyini yox, ömrünü də tələbələri ilə bölüşür. Hər bir gənci fərdi olaraq tərbiyələndirir, formalaşdırır və xalqa, cəmiyyətə təqdim edir”.

Hər birimizin fərqli idman növlərinə marağı var. Amma kollektiv idman növləri də populyardır. Bəhram bəyin gənclərə tövsiyyəsi var: “Uşaqlar üçün ilk addımı atmağa 6-10 yaş arası daha uyğundur və tövsiyyəm də budur. Öz futbolçularıma da həmişə deyirəm ki, gün ərzində 1 saat 30 dəqiqə, yaxud 2 saat ərzində məşq etməklə futbolçu olmur. Yəni, tək bununla kifayətlənmək olmaz. Həmçinin, qidalarına, yuxu rejimlərinə diqqət etmələri vacibdir”.

9ca44a4a 8461 4d70 93f9 321355131b83 - Futbolinfo.az

İdmanla məşğul olmaq insanda gücünə inamı artırır. Belədə əhval-ruhiyyəniz və xarici görünüşünüz xeyli yaxşılaşır. Hər insan bir səbəb tapıb idmanla məşğul olmağa başlamalıdır. Və təbii ki, başlamaq üçün heç vaxt gec deyil. Hər zaman deyildiyi kimi, sadəcə, qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün, özümüz özümüzə şans yaratmalıyıq. Həmin o şandan isə vaxtında və düzgün şəkildə istifadə etmək vacibdir. Sonra gec ola bilər.

BƏHRUZ MUSAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares: