“Neftçi” yarımmüdafiəçisi Kilan Lebonla yollarını ayırıb. Çoxdan gözlənilən vida rəsmiləşib.
Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubu paylaşım edib.
Bildirilib ki, fransalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2023-cü ilin yanvarında transfer olunmuş Lebon “ağ-qaralar”ın heyətində 73 rəsmi oyun keçirib, 6 qol vurub.