9 yaşlı rusiyalı Roman Şoqciyev yeni dünya rekordu müəyyənləşdirərək tarixdə Beynəlxalq Usta xalı alan ən gənc şahmatçı olub. O, həmçinin 10 yaşı tamam olana qədər Elo reytinqində 2300 xala çatan ilk 3 şahmatçı sırasına daxil olmağı bacarıb.
Chess.com portalının məlumatına görə, bu nailiyyətə balaca şahmatçı 2024-cü ilin dekabrında Belqradda keçirilən “RadnickiChess IM” turnirində imza atıb. Həmin yarışda Şoqciyev yalnız bir dəfə, o da 8-ci turda qalib Suat Atalikə uduzub.
Xatırladaq ki, rusiyalı ilk Beynəlxalq Usta balını 9 yaş, 10 ay və 7 günündə əldə edib. Bu, argentinalı şahmatçı Faustino Orodan təxminən bir ay tezdir.