Amerikalı siyasi bloger Çarli Kirk yanvarın əvvəlində bölgəni bürüyən yanğınlara görə 2028-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi hüququnun Los-Ancelesdən götürülməsinə səsləyib. O, sosial şəbəkələrdə müvafiq yazı dərc edərək Olimpiadanın Mayami və ya Dallasa keçirilməsini təklif edib. Yeri gəlmişkən, bu yazıya artıq iki milyondan çox reaksiya olub.
“Los-Anceles Olimpiadası ləğv edilməlidir. Əgər siz yanğını söndürə bilmirsinizsə, Olimpiadaya ev sahibliyi etmək hüququnuz yoxdur. Yarışları Dallas və ya Mayamiyə köçürün ki, dünyanın müxtəlif yerlərindən gələcək idmançılar təhlükəsiz şəkildə yarışa bilsinlər”, – deyə Kirk sosial mediada yazıb.
Xatırladaq ki, Los-Ancelesdə Yay Olimpiya Oyunları 2028-ci il iyulun 14-dən iyulun 30-dək keçiriləcək.