“Sumqayıt” daha bir aparıcı oyunçusunu itirə bilər. Sabiq baş məşqçi Samir Abasovun sevimlilərindən olan, onu əvzələyən Vaqif Cavadovla isə yaxşı anlaşmayan Rövlan Muradov “kimyaçılar”ı tərk etmək istəyir.

Futbolinfo.az xəbər verir ki, Fernando Medeyros, Rəhim Sadıxov və Cordan Rezabalanı itirən sumqayıtlılar cinah oyunçusunu heyətdə saxlamağa çalışır. Amma Rövlan rəhbərliyə komandada qalmaq istəmədiyini, getməsi üçün şərait yaradılmasını xahiş edib.

Muradovun müqaviləsi davam etdiyi üçün getməsi çətindir. Amma rəhbərlik təzminat ödəyən tapılacağı halda onu buraxmağın əleyhinə deyil. “Qəbələ” yetirməsi olan futbolçuya hələlik ən real təklif “Kəpəz”dən gəlib, lakin gəncəlilərin onun üçün transfer haqqı ödəməsi çətin görünür. “Pəncərə” bağlanana kimi məsələyə aydınlıq gəlməlidir.

Shares: