Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” klubu yeni baş məşqçisini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə təmsilçisi rəsmi saytı vasitəsilə paylaşım edib.
Hatay klubu Murat Şahinə tapşırılıb. 48 yaşlı mütəxəssis Superliqa komandası ilə 1,5 illik müqavilə imzalayıb. O, bu postda Rza Çalımbayı əvəzləyib.
Qeyd edək ki, “Hatayspor” 18 turdan sonra 9 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşır.