İtaliyalı jurnalist Roberto Çinçero 7 qat Formula 1 çempionu Lyuis Həmiltonun “Ferrari”yə keçidi ilə bağlı fikirlərini bölüşüb.
Çinçero, britaniyalı pilotun azarkeşlər arasında populyarlığına görə yerli polisin çətinliklərlə üzləşə biləcəyi barədə fikir bildirib.
“İtaliyada Lyuis Həmiltona bir növ maniya başlayıb. Yeni ilin əvvəlindən italyan azarkeşlər onları narahat edən bir suala cavab tapmağa çalışırlar: Lyuis Həmiltonun “Ferrari” ilə ilk sınaqları nə vaxt baş tutacaq?
Trassa nə qədər insanın toplanacağını təsəvvür belə edə bilmirəm. Maranello və Fiorano küçələrinin insanlarla dolacağını gözləyirəm. Bu, illərdir görmədiyimiz bir şey ola bilər. Polisi qarşıda çətin iş gözləyir”, – deyə Çinçero F1 podkastında qeyd edib.