“Şamaxı” heyətini daha 2 legionerlə gücləndirəcək. Bölgə təmsilçisi müqavilə bağlamağa razılaşdığı əcnəbiləri düşərgəsinə cəlb edib.

Futbolinfo.az xəbər verir ki, ukraynalı Vladislav Veremeyev mərkəz müdafiəçisidir. “Dnepr” yetirməsi ölkəsində “Çernomorets”, “Zirka”, “Sumı” və “Skoruk”da forma geyib. Estoniyada “Nimme Kalyu”da oynadıqdan sonra Latviya “Elqava”sında çıxış edən 26 yaşlı oyunçu Çexiya “Mixalovçe”sində 6 ay keçirib. Yayda yenidən “Elqava”ya qayıdan ukraynalı Şamaxıya azad agent kimi gəlib.

“Şamaxı”nın digər yenisi Alfonse Msanqadır. Tanzaniyalı sağ cinah müdafiəçisi yaydan bəri klubsuzdur. Vətənində “Allianse”dən ayrıldıqdan sonra 2022-ci ilin fevralında Çexiyaya gələn oyunçu Subotiça “Spartak”ı ilə müqavilə bağlayıb. Bir il “Novi Sad”da icarədə olan Msanqa ölkəmizə azad agent kimi gəlib.

50081665223 e2b47b06c9 o - Futbolinfo.az
Shares: