Fiziki fəaliyyətə və qidalanmaya meylliliyi müəyyənləşdirmək üçün DNT testi insanın malik olduğu bütün genlərin deşifrə edilməsini tələb etmir. Məşqlərin effektivliyinə birbaşa təsir edənlər haqqında danışmaq daha məqsədəuyğundur.
Hansı genlər öyrənilir?
AMDP1 və IL6 genləri insanın dözümlülüyünü, müxtəlif yüklər altında nə qədər tez yorulduğunu və tam məşqdən sonra bədənin bərpası üçün nə qədər vaxt lazım olduğunu müəyyən edir. Bu biliklər məşq ağırlığını və onların müddətini tarazlaşdırmağa, sağlamlığa mümkün zərərləri minimuma endirməyə və nəticələri yaxşılaşdırmağa kömək edəcəkdir.
ADBR2 və ADBR3 genləri orqanizmdə yağın parçalanma sürətinə təsir göstərir. Məhz bu amillər insan orqanizminin artıq çəki yığmağa meyllilik dərəcəsini müəyyən edir.
Bu genlərin dəyərlərinə əsasən MET indeksi tərtib edilir. Bu indeks insanın istirahət və fiziki fəaliyyət zamanı metabolizmini müqayisə edir. Hər bir idman növünün öz göstəricisi var: üzgüçülük 6 vahid, gimnastika 8, gəzinti 2,5 vahid. Hansı MET arıqlamaq, əzələ kütləsini qurmaq və ya tonu saxlamağa daha yaxşı olduğunu bilmək üçün genom analizindən istifadə edilir.
ACE, PGCA1, PPARA və PPARG2 genləri sizə çeviklik və ya əzələ kütləsinin daha asan və daha sürətli inkişaf etdiyini söyləyəcək.
AGT və ACT genləri icazə verilən yükün həddi barədə xəbərdarlıq edir, bu da qan təzyiqi artımının və ürək-damar sisteminin sürətlənmiş aşınmasının qarşısını almaqda yardım edəcək.
— Bədənin fərdi xüsusiyyətlərinə əsaslanaraq, daha effektiv bərpa üçün məşq cədvəlini və intensivliyini tənzimləyə bilərsiniz.
— Anadangəlmə fiziki istedadlarınızı (çeviklik, dözümlülük, güc) bilməklə, sizə ən uyğun olan fiziki fəaliyyət növünü seçə bilərsiniz. Məsələn, bir çox insanda güc əzələlərdən də çox, vətərlərin fitri inkişafından asılıdır.
— DNT analizinin nəticələrinə əsasən fərdi pəhriz yarada bilərsiniz. Bundan əlavə,onun sayəsində allergik reaksiyaların mümkünlüyünü, müxtəlif qida maddələrinin həzmini, hətta pəhriz əlavələrinin və dərmanların tolerantlığını nəzərə almaq mümkündür.
— Gen analizi sizə meylli olduğunuz fəaliyyət növlərini müəyyən etməyə imkan verir. Bu vacibdir, çünki yüksək idman nəticələri əsasən fiziki deyil, həm də psixoloji amillərdən asılıdır.
İdmana meyllilik
İdman fənlərinə meyllilik fitri istedadların və bədənin fərdi xüsusiyyətlərinin bütöv bir kompleksidir. Əlbəttə ki, böyük qələbələr üçün təkcə istedad kifayət deyil, idmançının motivasiyası, diqqətini nəticələrə yönəltməsi və məqsədlərinə çatmaq üçün özünü tam şəkildə sərf etmək bacarığı da vacibdir.
Gen analizi sizə bəzi şeylər haqqında dəqiq məlumat verə bilər:
— Əzələ toxumasının quruluşu, onun bərpa sürəti və stressə reaksiyası
— Ürək-damar sisteminin, ürəyin vəziyyəti və daimi artan stress ilə bağlı ehtimal olunan risklər
— Bədənin ən effektiv cavab verəcəyi fiziki fəaliyyət növü. Eyni yüklər altında genlər fiziki güc və dözümlülükdə üstünlük verə bilər ki, bu da rəqiblərinizi məğlub etməyə imkan verəcəkdir.
— Müəyyən idman növləri ilə uyğun gəlməyən xəstəliklər və zəifliklər. Sağlamlığınıza xələl gətirməmək üçün bu cür incəlikləri bilmək də vacibdir.
Bir sözlə , idmanda təbabət , xüsusilə də genetika vacib amildir. Ən vacib olanı isə genetik imkanlarınızı bilərək fəaliyyət növünüzü və yükünüzü müəyyənləşdirməkdir. Məhz bütün bunların kompleksi yüksək nəticələr əldə etməyə imkan verir.
İLQAR AĞAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu