Azərbaycan Basketbol Liqasının 9-cu turunun təxirə salınmış oyununda “Naxçıvan” qələbə qazanıb.

Futbolinfo.az xəbər verir ki, A qrupunda baş tutan matçda Murat Dikmenin rəhbərlik etdiyi kollektiv “Abşeron”u 102:82 hesabı ilə üstələyib.

Qarşılaşma Bakı İdman Sarayında keçirilib.

B qrupunun təxirə salınmış matçları sabah reallaşacaq. “Şəki” – “Gəncə” görüşü saat 14:00-da Şəki Olimpiya İdman Kompleksində start götürəcək. “Sumqayıt” – “Quba” qarşılaşması isə saat 19:00-da Sumqayıt Olimpiya İdman kompleksində başlayacaq. Oyunlar dekabrın 26-da Azərbaycanda matəm günü olduğu üçün təxirə salınmışdı.

Shares: