“Qarabağ”dan Olavio Juninyonu transfer edən “Flamenqo” bununla kifayətlənmək fikrində deyil.

Futbolinfo.az saytının Braziliya mətbuatına istinadən məlumatına görə, A Seriyası klubu heyətini ulduz futbolçularla da gücləndirəcək.

“Flamenqo” orta sahəyə “Arsenal”dan Jorjinyonu gətirməyə hazırlaşır. 33 yaşlı yarımmüdafiəçinin İngiltərə klubu ilə müqaviləsi mövsümün sonuna qədər olsa da, o, rəhbərlikdən azad agent statusu verilməsini xahiş edib.

“Yuventus”dan ayrılan Danilo və ötən ilin yayından bəri klubsuz olan Rafinya Alkantara da “Flamenqo”nun maraq dairəsindədir. Hazırda onlarla da danışıq aparılır.

Qeyd edək ki, Juninyonun “Flamenqo”ya keçidi “Qarabağ”a 5 milyon avro qazandıracaq.

Shares: