PSJ-nin futbolçusu Randal Kolo Muani karyerasını İtaliyada davam etdirəcək. Fransalı hücumçu “Yuventus”a icarəyə verilib.
Parislilərin baş məşqçisi Luis Enrikenin etimadını qazanmayan oyunçunun icarə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub. Anlaşmada onun sonradan transferi ilə bağlı bənd yer almayıb.
Bu həftə İtaliyaya yollanacaq hücumçu tibbi müayinədən sonra komandaya qoşulacaq.
Cari mövsümdə 14 oyuna çıxan Kolo Muani 2 qol və 1 assistə imza atıb.