Avroliqada 21-ci turun oyunlarına start verilib.
Ən məhsuldar oyun Madriddə baş tutub. “Real” doğma arenada “Makkabi”yə qalib gəlib – 116:113. Franko Kampazzo oyunda 31 xal toplayaraq qələbədə əsas pay sahibi olub. Bununla da Madrid təmsilçisinin qələbə seriyası 6 görüşə çatıb.
Baş məşqçi dəyişikliyindən sonra “Anadolu Efes” 2-ci görüşünü də uduzub. Bu dəfə İstanbul komandası Parisdə 84:88 hesabı ilə məğlub olub.
Gərgin oyunlardan biri “Baskoniya” və “Olimpiakos” arasında olub. Yunanlar overtaymda qələbə qazanıblar – 102:101.
“Partizan” Fransada ASVEL-ə 93:62, “Milano” isə evdə “Alba”ya 100:68 hesabı ilə qalib gəlib.