Məşhur “RM Sotheby’s” hərracına “Ferrari 250 LM” maşını çıxarılıb. Bu avtomobillə Masten Qreqori, Yoxen Rindt və Ed Haqas 1965-ci ildə Le Man yarışında qalib gəliblər. Maşının gözlənilən dəyəri 25 milyon avrodur.
Həmin yarışdan bir neçə ay sonra avtomobil “Chinetti Motors” tərəfindən alınıb və 54 il “Indianapolis Motor Speedway” muzeyinin ekspozisiyasının bir hissəsi olub.
Qeyd edək ki, bir müddət əvvəl “RM Sotheby’s” eyni kolleksiyadan olan 1954-cü il istehsallı “Mercedes-Benz W 196 R Stromlinienwagen” Formula 1 yarış avtomobilini nümayiş etdirmişdi.
Hərrac 4-5 fevral tarixlərində Parisdə keçiriləcək.