“Çatışmazlıqları aradan qaldırmalı, daha yaxşı hazırlaşmalıyıq”.

Futbolinfo.az xəbər verir ki, bunu “Gəncə”nin baş məşqçisi Halil Atlı “Şəki”yə 66:72 hesabı ilə uduzduqları Azərbaycan Basketbol Liqasının 9-cu turundan təxirə salınmış oyun barədə danışarkən deyib.

Türkiyəli mütəxəssis rəqibi qələbə münasibəti ilə təbrik edib:

“Hesaba baxdığımızda ortalama 100 xalla oynayan “Şəki”ni 72 xalda saxladıq, özümüz isə 66 xal qazandıq. Ritmsiz oynadıq. 16 dəfə sərbəst atışı qaçırdıq. 3 xallq atışlarda əvvəlki göstəricilərimizdən çox zəif nəticə əldə etdik. Oyunu uduzmağımızda bu önəmli oldu”.

Atlının sözlərinə görə, matçın gedişində bir basketbolçunu cəza səbəbindən itirmələri də oyunlarına təsir edib:

“Qarşıda “Lənkəran” ilə səfər oyunumuz var. Lənkərana qələbə üçün gedəcəyik”.

Shares: