“Şamaxı” klubundan ayrılan Qurban Səfərovun karyerasını davam etdirəcəyi klubun adına aydınlıq gəlib.

Futbolinfo.az xəbər verir ki, gənc futbolçu karyerasını “Qarabağ”ın əvəzedici komandasında davam etdirəcək.

“Operativ Media”ya açıqlamasında futbolçu özü xəbəri təsdiqləyib. O, 1-ci Liqa klublarından təkliflərinin olduğunu, amma, orada çıxış etmək istəmədiyini bildirib.

20 yaşlı yarımmüdafiəçi “Şamaxı” klubunun yetirməsidir.

Shares: