“Şəki”ın baş məşqçisi Bedri Meriç “Gəncə”yə qarşı keirdikləri Azərbaycan Basketbol Liqasının 9-cu turunun təxirə salınmış oyunundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında qələbəyə görə sevincli olduqlarını bildirib:
“Bu gün tamamilə diqqətimizi müdafiəyə yönəltmişdik. “Gəncə” ilə ilk oyunumuzdakı səhvləri xatırlayırdıq. Həmin matçda vacib 2 oyunçumuzun zədələnməsi nəticəsində uduzmuşduq. Bu dəfə isə tam heyətlə meydana çıxmışdıq və qələbə qazandıq. Qrupda lider olmağımız motivasiya baxımından önəmlidir. Lider kimi başa vurduğumuzdan, kubok matçlarında 1/4 finaldan başlayacağıq. Ona görə də bu qələbə çox vacib idi. Oyunçularımı qələbə münasibətilə təbrik edirəm”.
“Şəki” – “Gəncə” qarşılaşması birincilərin 72:66 hesablı qələbəsi ilə yekunlaşıb.