“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi “Olimpiakos” Yunanıstan kubokunda 1/4 finalın ilk oyununa çıxıb. Pirey təmsilçisi səfərdə “Panatinaikos”la üz-üzə gəlib.
1:1 hesabı ilə bitən qarşılaşmada “Panatinaikos”dan 51-ci dəqiqədə Filip Dyuriçiç, “Olimpiakos”dan isə Roman Yaremçuk (75) fərqlənib.
Komandalar arasındakı cavab görüşü fevralın 5-də keçiriləcək. Bu matçadək – yanvarın 31-də Yunanıstanda “Olimpiakos”la “Qarabağ” son tur çərçivəsində qarşılaşacaq.