Mərkəz müdafiəçisi axtaran “Yuventus” daha bir rədd cavabı alıb. Ronald Arauxonun ardınca Fikayo Tomori üçün edilən cəhd də faydasız qalıb.

Futbolinfo.az xəbər verir ki, “Milan” ingiltərəli arxa xətt oyunçusunu satmaqdan vaz keçib. Oyunçu “rossonyerlər”dən ayrılmaq istəyir, lakin indi icarəyə getməyi yox, mövsüm bitdikdən sonra Premyer Liqa təmsilçilərindən birinə satılmağı üstün tutur.

Xatırladaq ki, daha öncə Arauxo ilə anlaşan turinlilər son anda imtina cavabı alıb. Uruqvaylı müdafiəçi fikrini dəyişərək “Barselona”da qalmağı üstün tutub.

Shares: