“Arsenal” Kiran Tirnini satmağa razılaşıb. Baş məşqçi Mikel Artetanın bu mövsüm çox güvənmədiyi cinah müdafiəçisi vətəninə qayıdır.

Futbolinfo.az Britaniya mətbuatına istinadla xəbər verir ki, şotland futbolçu “Seltik”lə anlaşıb. 27 yaşlı oyunçu londonlularla mövsümün sonunda bitəcək anlaşmanı indidən pozaraq yeni klubuna keçəcək. Keçid tezliklə rəsmən açıqlanacaq.

2019-cu ildə məhz “Seltik”dən 27 milyon avroya alınan Tirni “Arsenal”da möhkəmlənə bilmədi. O, ötən mövsümü icarə əsasında “Real Sosyedad”da keçirmişdi.

Shares: