“Sabah”ın futbolçusu Oluvaseun Timilehini icarəyə göndərib.
Futbolinfo.az xəbər verir ki, nigeriyalı hücumçu 1-ci liqa təmsilçisi “İmişli”yə keçib. Bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı futbolçu “İmişli”də mövsümün sonuna kimi icarə əsasında forma geyinəcək.
Oluvaseun Timilehin 2023-cü ildən “Sabah”ın üzvüdür. O, bu mövsüm komandada 2 oyuna çıxıb.