“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan Rumıniyanın “Styaua” klubunun futbolçusu Vlad Kirikeş zədələnib.
Futbolinfo.az xəbər verir ki, bu barədə ölkənin “Gsp.ro” nəşri məlumat yayıb.
Əzələsində problem aşkarlanan 35 yaşlı müdafiəçi komandanın Antalyadakı təlim-məşq toplanışını erkən tərk edib və müalicə üçün Serbiyanın paytaxtı Belqrada yollanıb. Rumıniyalı oyunçunun Azərbaycan çempionu ilə matçda iştirakı sual altındadır.
Daha əvvəl yarımmüdafiəçi Darius Olarunun sol çiynindən xəsarət aldığı üçün iki ay yaşıl meydanlardan kənarda qaldığı bəlli olub.
Avroliqanın Liqa mərhələsinin 7-ci turunun “Qarabağ” – “Styaua” matçı yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.