LUKOIL-un təsisçisi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov futbol üzrə Moskvanın “Spartak” klubunun direktorlar şurasını tərk etmək qərarına gəlib. Bu barədə “RBC-Sport” öz mənbələrinə istinadən xəbər verir.

“RBC-Sport”un məlumatına görə, Yusif Ələkbərovun qərarı Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyinin ona qarşı sanksiyalar tətbiq etməsindən sonra klubu riskə atmamaq istəyi ilə diktə edilib. Ələkbərov 2021-ci ildə “Spartak”ın direktorlar şurasına daxil olub. O, LUKOIL-ın 0,2%-nə sahibdir.

Xatırladaq ki, klub qeyri-rəsmi olaraq onun atasına məxsusdur.

Shares: