ABŞ Konqresinin Nümayəndələr Palatası transgenderlərin orta məktəb və kollec səviyyəsində qadın idman yarışlarında iştirakını qadağan edən qanun layihəsini qəbul edib.

Qanun layihəsi 218 lehinə, 206 əleyhinə səslə təsdiq edilib. Maraqlıdır ki, respublikaçıların bütün nümayəndələri (216 nəfər) transgenderlərin qadın yarışlarında iştirakına qadağa qoyulmasını dəstəkləyiblər. Demokrat Partiyası daxilində qanun layihəsinin əleyhinə 206 səs verilib, ikisi isə lehinə olub.

Qanun layihəsi qəbul olunarsa, transseksual idmançıların yarışmasına icazə verən məktəblər federal maliyyəni itirə bilər. Məlumatı  “Washington Post” qəzeti açıqlayıb.

Shares: