“Liv Bona Dea Arena”da I kateqoriyalı hakimlər üçün təlim-məşq toplanışına start verilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Toplanış zamanı hər gün iki dərs və meydanda fiziki hazırlıq üzrə iki məşqin keçirilməsi nəzərdə tutulub. Üç gün baş tutacaq hazırlığın son günündə hakimlərdən fiziki hazırlıq testi götürüləcək.