Türkiyənin “Hatayspor” klubuna iki transfer dönəmində oyunçu almaq qadağasının qoyulmasının təfərrüatı açıqlanıb.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqa klubunda yeganə problem Azərbaycan millisinin hücumçusu Renat Dadaşov olmayıb.

Sən demə, hataylılar son 4 ildə düz 18 futbolçunun ödənişini etməyib və onlar FIFA-ya şikayət ediblər. Ancaq ali futbol qurumunun qərarında Dadaşov amilinin xüsusi yol oynadığı da bildirilib. Doğrudur, “Hatayspor” millimizin üzvünə borcunu ödəyib. Ancaq bütün oyunçuların borcunu ödəmək üçün büdcəsi yoxdur.

Qeyd edək ki, Renat Dadaşov 2023-24 mövsümündə “Hatayspor”un formasını geyinib. 25 yaşlı hücumçu hazırda Türkiyənin 1-ci liqa komandası “Ankaragücü”nün şərəfini qoruyur.

Shares: