“Hazırlıq dönəmimiz çox uğurlu keçdi və çempionata tam hazırıq. Komanda olaraq, Premyer Liqada qalmaq əsas hədəfimiz olsa da, artıq daha ciddi şəkildə qarşıdakı oyunları nəzərdən keçiririk”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Şamaxı”nın futbolçusu Səbayıl Bağırov deyib.
O, “Qarabağ”la oyunda ən azı bir xal qazanmaq istədiklərini bildirib: “Məqsədimiz yalnız elitada qalmaq deyil, eyni zamanda yüksək pillələrdə mövqe tutmaqdır. Çalışacağıq ki, bu mövsümdə bacardığımız qədər müsbət nəticələr əldə edək və ən yaxşı oyunlarımızı sərgiləyərək mümkün qədər yüksək yerlərə yaxınlaşaq. Növbəti oyun isə bizim üçün xüsusi əhəmiyyət kəsb edir, çünki qarşıda “Qarabağ” kimi güclü və təcrübəli bir rəqib var. Amma əlimizdən gələni edəcəyik. Əsas hədəfimiz ən azı bir xal qazanmaqdır, lakin istərdik ki, bütün gücümüzü qoyaraq müsbət nəticə əldə edək. Ona görə də hər kəs öz maksimumunu ortaya qoymağa hazırdır”.
GÜNAY SÜLEYMANOVA