“Overdrive Racing” komandasını təmsil edən ralli pilotu Yazid Əl-Raci SUV kateqoriyasında Dakar marafonunun qalibi olub. Səudiyyə Ərəbistanından olan pilot ən yaxın təqibçisi Henk Lateqanı ümumi təsnifatda 4 dəqiqə üstələyib.
Final mərhələsinin qalibi Qətər sürücüsü Nasser Al-Attiyah olub. “Toyota Gazoo Racing”dən Henk Lateqan 2-ci yeri tutub. İlk üçlüyü Mattias Ekström (Ford M-Sport) tamamlayıb.
1. Yazid Əl-Raci (Overdrive Racing) – 52:52:15.
2. Henk Lateqan (Toyota Gazoo Racing) +3:57.
3. Mattias Ekström (Ford M-Sport) +20:21.
4. Nasser Al-Attiyah (The Dacia Sandriders) +23:58.
5. Mitçell Qatrie (Ford M-Sport) +1:02:10.
6. Metyu Serradori (Century Racing) +1:12:04.
7. Xuan Kruz Jakopini (Overdrive Racing) +1:57:47.
8. Joao Ferreira (X-raid Mini JCW Team) +2:15:57.
9. Set Quintero (Toyota Gazoo Racing) +2:20:04.
10. Brayan Baraqvanat (Century Racing) +2:59:26.