“Mançester Siti” hücumçusu Erlinq Halandla yeni müqavilə bağlayıb.

Futbolinfo.az xəbər verir ki, 24 yaşlı futbolçunun sözləşməsinin müddəti 2034-cü ilin yayınadək uzadılıb.

Haland yeni müqaviləyə əsasən İngiltərə Premyer Liqası tarixində ən çox maaş alan futbolçuya çevrilib. Norveçli hücumçu həftədə 500 min funt-sterlinq qazanacaq.

2022-ci ildən “şəhərlilər”in formasını geyinən Haland iki dəfə İngiltərə Premyer Liqasının, bir dəfə ölkə kubokunun, Çempionlar Liqasının və UEFA superkubokunun qalibi olub.

Shares: