Gürcüstan millisinin üzvü Xviça Kvaratsxeliyanın PSJ-yə keçidi rəsmiləşib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.
Gürcü futbolçu ilə 2029-cu ilə kimi müqavilə imzalanıb. Keçidin maliyyə tərəfi barədə açıqlama verilməyib. Amma 23 yaşlı vingerin transferinin PSJ-yə 70 milyon avroya başa gəldiyi bildirilir.
2022-ci ildən “Napoli”də forma geyən Kvaratsxeliya cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 19 matçda forma geyib, 5 qol vurub və 3 dəfə məhsuldar ötürmə müəllifi olub.