Rumıniya çempionatında 22-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Styaua” səfərdə “Hermannştadt”la üz-üzə gəlib.

Matç heç-heçə yekunlaşıb – 1:1. Bu heç-heçədən sonra xallarının sayını 38-ə çatdıran “Styaua” turnir cədvəlində liderliyə yüksəlib.

“Styaua” “Qarabağ”la Avropa Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində yanvarın 23-də Bakıda qarşılaşacaq.

Shares: