Rumıniyanın FCSB klubunun baş məşqçisi Elias Xaralambus Avropa Liqasının növbəti turunda qarşılaşacaqları “Qarabağ”la bağlı fikirlərini bildirib. 44 yaşlı kiprli mütəxəssis matçın çətin keçəcəyini deyib.

Yanvarın 23-də Bakıda Ağdam klubu ilə oyun barədə danışarkən o deyib: “Avropada bütün oyunlar çətindir. Rəqibimiz yaxşı və təcrübəli komandadır. Biz sübut etmişik ki, uğur qazana bilərik. Qarşıdakı matçda xallar toplamalıyıq ki, ən yaxşı 8 komanda sırasına düşək. İndi “Qarabağ”la oyuna köklənməliyik. “Hermannştad”la matda (1:1) olduğu kimi qol imkanlarını əldən vermək olmaz”.

Qeyd edək ki, Avroliqada 6 turdan sonra FCSB 11 xalla 10-cu, “Qarabağ” isə 3 xalla 33-cü yerdədir.

Shares: