Basketbol üzrə Avroliqa turnirində 22-ci tura yekun vurulub.

Liderlər qrupunda qərarlaşan “Fənərbaxça” çətinliklə də olsa, “Jalgiris”i doğma arenada məğlub etməyi (98:86) bacarıb. Oyunda ən çox xalı qonaq komandanın serb basketbolçusu Smaylagiç toplayıb. Onun aktivində 24 xal var.

Digər İstanbul klubu isə yeni baş məşqçinin gəlişindən sonra 3-cü oyunda da məğlub olub. “Anadolu Efes”ə bu dəfə “Barselona” evdə qalib gəlib – 90:80.

Liderlər qrupunda qərarlaşan iki komanda məğlubiyyətə düçar olub. “Panatinaikos” səfərdə “Baskoniya” ilə bacarmayıb (77:91). “Monako” isə overtaymda “Srvena Zvezda”ya uduzub (82:88).

Son qarşılaşmada “Virtus” səfərdə “Bayern”ə qalib gəlibb – 82:72.

22 turdan sonra “Olimpiakos” turnir cədvəlinə başçılıq edir. “Fənərbaxça” 2-ci, “Anadolu Efes isə 14-cü pillədədir.

Shares: