Snuker üzrə “Masters” turnirində 1/4 final oyunları başa çatıb.

Cad Tramp Dinq Junhuini 6:3 hesabı ilə məğlub edib. Mark Allen Mark Selbini (6:2), Şon Mörfi Nil Robertsonu (6:2) mübarizədən kənarlaşdırıb. Kayren Vilson isə Luka Breselə qalib gəlib – 6:4.

Yarımfinalda Mörfi Allenlə, Tramp isə Vilsonla qarşılaşacaq.

Xatırladaq ki, “Masters” turniri Londonda keçirilir. Qalib sabah müəyyənləşəcək.

Shares: