Misli Premyer Liqasının 19-cu turunda sabah keçiriləcək “Kəpəz” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub.
Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Köməkçi hakim Kamran Bayramovun səhhətində problem yarandığı üçün onu Şirmamed Mamedov əvəz edəcək.