Transfer çalışmalarını davam etdirən “Kəpəz” növbəti keçidi rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, klub Tacikistan milli komandasının yarımmüdafiəçisi Şervoni Mabatşoevlə müqavilə imzalayıb.
24 yaşlı futbolçu ilə “6 ay + 1 il” müddətinə müqavilə bağlanıb.
Karyerasında ilk dəfə legioner həyatı yaşayan Şervoni buna qədər vətənində çıxış edib. Onun son klubu “İstiklol” olub.
Mabatşoev yığmasının heyətində 29 oyuna çıxıb, 6 qol vurub.