Bu gün futzal üzrə Azərbaycan kubokunun ¼ final mərhələsinin oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, ilk görüşdə U-19 “Şuşa”dan üstün olub.

“Neftçi”nin Birinci Liqanın iddialılarından olan “STAR kargo”nu məğlub edib. “Araz-Naxçıvan” isə ötən mövsümün finalında penaltilər seriyasında yendiyi “Baku Fire”in bu dəfə yarımfinala yüksəlməsinə imkan verməyib. Mərhələnin son görüşündə Birinci Liqanın lideri PFL “Xan-Lənkəran”dan üstün olub.

U-19 – Şuşa 4:2
Neftçi İK – STAR kargo 7:4
Baku Fire – Araz-Naxçıvan 2:6
PFL – Xan-Lənkəran 7:2

Fevarlın 27-də keçiriləcək yarımfinal matçında çütlüklər bu şəkildə olacaq:

Araz-Naxçıvan – Neftçi İK
PFL – U-19

Shares: