Yevlax gənclər və idman sektorunun təşkilatçılığı ilə rayon UGİM-inin futbol bölmələrinin iştirakı ilə “20 Yanvar – Ümumxalq Hüzn Günü”nün yad edilməsi məqsədilə minifutbol üzrə yeniyetmə və gənclər arasında rayon turniri keçirilib.
Sonda ilk yerdə qərarlaşan komandaların adına aydınlıq gəlib. I yeri Uğur” komandası tutub. “Karvan” 2-ci olubsa, “Gənclər” mükafatçılar siyahısını tamamlayıb.
Qaliblər Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən diplom və medallarla təltif olunublar.