Almaniyada 2-ci Bundesliqada qış fasiləsi başa çatıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” 18-ci turda “Karlsrue”yə 2:1 hesabı ilə qalib gəlib.
Start heyətində meydana çıxan Emreli birinci hissənin sonunda sarı vərəqə alıb. Millimizin üzvü 72-ci dəqiqədə əvəzlənib.
“Nürnberq” hazırda 25 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.