Dünya reytinqində yeddinci olan ingiltərəli snuker ustası Şon Mörfi Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “Masters” yarışının qalibi olub. Turnirin final görüşündə o, dünyanın iki nömrəsi, həmyerlisi Kayren Vilsona 10:7 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, turnirin ümumi mükafat fondu 1 milyon funt-sterlinq idi. Mörfi finalda qalib gəldiyi üçün £140 minə sahib çıxıb.

Shares: