Avropanın milli çempionatlarında cari mövsüm ən çox qələbə qazanan komandaların siyahısı yenilənib.

Futbolinfo.az saytının məlumatına görə, Misli Premyer Liqasının lideri “Qarabağ” ilk “10-luq”dakı yerini qoruyur.

19-cu turda “Şamaxı”nı 3:2 hesabı ilə məğlub edən Ağdam təmsilçisi cari mövsümdəki qələbə sayını 16-ya çatdırıb. Qurban Qurbanovun yetirmələri bu göstəriciyə görə qitənin 7-ci komandasıdır. “Qarabağ” “Qalatasaray” (Türkiyə), “Slaviya” (Çexiya) və “Napoli” (İtaliya) ilə 7-ci yeri bölüşdürür.

“Böyük beşlik” ölkələrindən heç bir komanda Azərbaycan çempionundan öndə deyil. Siyahıya “Srvena Zvezda” və “Seltik” şərikli liderlik edirlər. Belqradlılar Serbiya çempionatının 20 matçından, reyncerslilər isə Şotlandiya liqasının 23 görüşündən 19-da rəqiblərini üstələyib. “Styaua” (Rumıniya) 18 qələbə ilə üçüncü pillədə qərarlaşıbsa, “Ludoqorets” (Bolqarıstan), TNS (Uels) və “Linfild” (Şimali İrlandiya) hərəyə 17 qalibiyyətlə 4-cü yeri bölüşdürürlər.

Qeyd edək ki, Misli Premyer Liqasında ən çox qələbə qazanan ikinci komanda olan “Araz-Naxçıvan” (12 qalibiyyət) Avropada 50-ci sıradadır.

Shares: