Yeni mövsümdən etibarən heyətini gəncləşdirmək niyyətində olan “İnter” əməli addımlar atmağa başlayıb. Yayda yaşlı oyunçuların əksəriyyəti ilə vidalaşacaq milanlılar ilk transferini reallaşdırmaq üzrədir.

Futbolinfo.az xəbər verir ki, İtaliya klubu Petar Suçiçin transferini reallaşdırmaq üzrədir. 21 yaşlı yarımmüdafiəçinin keçidi üçün Zaqreb “Dinamo”su ilə ilkin razılıq əldə edilib.

Bosniya və Herseqovinada doğulmuş dayaq yarımmüdafiəçisi Xorvatiya millisində çıxış edir. Onun transfer dəyəri 12 milyon avrodur. Zaqreblilər 2028-ci ilin yayınadək müqaviləsi olan oyunçudan daha çox qazanc əldə etməyə çalışır.

Razılıq əldə olunsa, anlaşma imzalanacaq, Suçiçin Milana köçü isə mövsüm bitdikdən sonra reallaşacaq.

Shares: