“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Daha öncə anonsunu verdiyimiz keçid reallaşıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. Onunla münasibətlər artıq rəsmiləşib.

Qeyd edək ki, Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib. 2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Stas yığmada 28 oyun keçirib.

e587c1ef 6131 4321 bed1 7285495eea22 - Futbolinfo.az
Shares: