Formula 1 üzrə yeddiqat dünya çempionu Lyuis Həmilton, İtaliyanın “Ferrari” komandasında debütünü avtoidman həvəskarları üçün daha da maraqlı etməyə çalışır.

Britaniyalı Maranelloya gələrək şirkətin qurucusu Enzo Ferrarinin sağlığında yaradılmış sonuncu avtomobil olan qırmızı Ferrari F40-ın fonunda klassik qara kostyumda şəklini paylaşıb.

Xatırladaq ki, Həmilton keçən il “Mercedes”i tərk edərək “Ferrari”yə keçib. Mətbuatda yayılan xəbərlərə görə, Həmiltonun İtaliya komandasındakı maaşı ildə 100 milyon dollara yaxındır.

Shares: