“Burada olduğum üçün çox şadam”.

Futbolinfo.az xəbər verir ki, bunu “Sabah”ın yeni transferi Stas Pokatilov paytax təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.

“Stadionda görüşənədək. Sabah bizik”, – deyə 32 yaşlı qazaxıstanlı qapıçı bildirib.

Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib. 2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Pokatilov yığmada 28 oyun keçirib.

Shares: