Bakıda “Qarabağ” və Rumıniyanın FCSB komandaları arasında keçiriləcək UEFA Avropa Liqası matçının təyinatları müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, qarşılaşma Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FIFA referisi Filip Qlova idarə edəcək.

Baş hakimin köməkçiləri Daniel Polaçek və Peter Bednar olacaq. Dördüncü hakim funksiyasını Lukaş Dzivyak yerinə yetirəcək.

VAR-da Mixal Oçenyaş, AVAR-da Martin Dohal əyləşəcək.

Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunun yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək “Qarabağ” – FCSB görüşü saat 21:45-də start götürəcək.

Shares: