Bakı İdman Sarayının konfrans zalında basketbol üzrə Azərbaycan Kubokunun (2025) püşkatma mərasimi baş tutub.

Futbolinfo.az xəbər verir ki, püşkün nəticələrinə əsasən 1/8 final mərhələsində “Abşeron” – “Quba”, “Gəncə” – “Ordu”, “Lənkəran” – NTD, “Sumqayıt” – “Neftçi” oyunları keçiriləcəkdir.

28-29 yanvarda oynanılacaq 1/8 final cütlərində püşkə əsasən adları birinci qeyd olunmuş klublar ev sahibi olacaqlar. 1/4 finalda isə “Abşeron”-“Quba” cütünün qalibi “Naxçıvan” ilə, “Gəncə”-“Ordu” cütünün qalibi “Sərhədçi” ilə, “Lənkəran”-NTD cütünün qalibi “Şəki” ilə, “Sumqayıt”-“Neftçi” cütünün qalibi isə “Sabah” ilə qarşılaşacaq. Kubokun reqlamentinə meydanda 2 yerli basketbolçunun olması və bütün görüşlərin nəticələrinin bir oyuna görə təyin olunması daxil edilmişdir.

Qeyd edək ki, 1/8 finaldan fərqli olaraq, 1/4 final, yarımfinal və final oyunları Bakıda baş tutacaqdır.

Shares: