“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “The Special One” adlı şərab brendinin satışa çıxarıldığını açıqlayıb.

“Bütün səylərdə dəqiqliyi, keyfiyyəti və mükəmməlliyi qiymətləndirən biri kimi mən öz şərabımı təqdim etməkdən qürur duyuram, “The Special One”. Şərab Portuqaliyanın ən çox sevdiyim bölgəsində hazırlanır və əl ilə yığılır”, – deyə Mourinyo brendin saytında yazıb.

Qeyd edək ki, qırmızı şərabın qablaşdırması unikaldır: Mourinyonun siluetini əks etdirən etiketli qutu. Bir şüşə qırmızı şərabın qiyməti 120 avrodur.

Shares: