“Haas” komandası Formula 1 tarixində ilk dəfə olaraq qadını yarış mühəndisi vəzifəsinə təyin edib. Laura Müller yeni mövsümdə fransalı Esteban Okon ilə çalışacaq.
Xatırladaq ki, yarış mühəndisinin işi avtomobilin ən yaxşı sazlanmasını təmin etmək, sürücü ilə mühəndislər və mexaniklər arasında əməkdaşlığı asanlaşdırmaq, kokpitdən rəy bildirməkdir.
“Laura qətiyyətli xarakterə malikdir. Estebanla işbirliyi uğur gətirməlidir. Onun əsas bacarıqlarından biri problemin həllini tapmağı və ilk cavabla kifayətlənmək istəməməsidir”, – deyə “Haas” komandasının rəhbəri Ayo Komatsu fikrini bildirib.