“Sao Paulo” ilə oyunu izlədim və inanıram ki, “Flamenqo” komandasına çox yaxşı uyğunlaşacam. Burada olmaqdan çox xoşbəxtəm və motivasiyam yüksəkdir”. Bu sözləri “Qarabağ”dan “Flamenqo”ya transfer olunan Olavio Juninyo deyib.
Braziliyalı hücumçu rəsmi təqdimat mərasimində başqa təklifləri olduğunu da deyib: “Keçən il Braziliyaya qayıtmaq üçün başqa təkliflər aldım, amma qəbul etmədim. Braziliyaya qayıtmaq istəmirdim. “Flamenqo”da oynamaq isə hər bir oyunçunun arzusudur. Menecerlərim mənə belə bir təklifin olduğunu deyəndə inanmadım. Dəvəti heç düşünmədən qəbul etdim”.
“Qarabağ”dan 5 milyon avroya transfer olunan hücumçu əlavə edib: “Flamenqo” həmişə nəhəng klub olub, lakin son illərdə biz daha böyük möhtəşəmlik görürük. “Flamenqo” bütün titullar üçün mübarizə aparır. Azərbaycanda insanlar “Flamenqo”nu tanıyır. Azərbaycan çox gözəl bir ölkədir və onu görməyə getməyi tövsiyə edirəm. Orada çox gözəl şeylər var. Qurduğum dostluqlar üçün darıxacağam”.